[:en]The fate of the detained Mirtagi Asadov remain unclear[:az]Sərhəddə saxlanılan dindardan hələ də xəbər yoxdur[:]

tərəfindən Gozetci

[:en]The religious activities of Mirtagi Asadov in Georgia were transparent, they were never pressured, therefore the reason for his detention in Azerbaijan is not clear, Turan was told by Shahana Hajiyeva, the wife of the head of the Supreme Religious Board of Muslims of Georgia.

Five days after his arrest, the family was not given any information about his fate. Appeals to law enforcement agencies also failed. “On November 7, he only managed to call me and report that he was detained. Since then, I have been calling the Department for Organized Crime of the Ministry of Internal Affairs twice a day, but I cannot get information about my husband. I do not exclude that they are torturing him,” said Hajiyeva.

She also said that on November 12, she visited the Georgian embassy, ​​where she was told that they were considering her husband”s business.

The lawyer hired by his family also cannot do anything yet, since he does not know where Asadov is being held.

In turn, the representative of the Institute of Tolerance and Diversity of Georgia, Shota Tutberidze, told Turan news agency that Mirtagi Asadov was not charged.

“He was not explained the reason for his detention, his right to use the services of a lawyer was violated, and his family was not informed about the place of detention,” he said.

The state bodies of Azerbaijan have not made any statements in connection with the detention of Asadov, who according to unconfirmed reports, is a citizen of Georgia.

Turan[:az]“Mirtağı Əsədova Gürcüstanda heç vaxt təzyiq olmayıb. Çünki onun fəaliyyəti həmişə açıq, ictimaiyyətə bəlli olub. Ona görə də Mirtağının saxlanılması haqqında bir şey deyə bilmərəm”, – noyabrın 7-də axşam Azərbaycan sərhəddində saxlanıldığı bildirilən Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədovun həyat yoldaşı Şahanə Hacıyeva Turan-a bildirib.

O 5 gün ötsə də həyat yoldaşından xəbər ala bilmədiklərini deyib.

Həyat yoldaşının heç vaxt qanundankənar addım atmadığını vurğulayan Ş.Hacıyeva rəsmi qurumlara müraciət etsə də hələ ki nə həyat yoldaşı ilə görüşə bilib, nə də ona rəsmi bilgi verilib: “Mənə noyabrın 7-də zəng vurub saxlanıldığını xəbər vermişdi. Həmin gündən bəri hər gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət etmişəm. Ancaq mənə cavab verməyiblər. Hesab edirəm ki, məlumat vermirlərsə, ola bilsin, ona təzyiq edirlər”.

Ş.Hacıyeva məsələ ilə bağlı noyabrın 12-də Gürcüstanın Bakıdakı səfirliyinə müraciət etdiyini, qəbul olunduğunu deyib, səfirlik M.Əsədovun məsələsi ilə ciddi şəkildə məşğul olduğunu bildirib.

Ş.Hacıyeva hüquq xidməti üçün vəkillə müqavilə bağladıqlarını, amma hələ də həyat yoldaşından xəbər ala bilmədiyini söyləyib.

Gürcüstan Tolerantlıq və Müxtəliflik İnstitutu müəyyən edib ki, hələlik, M.Əsədova qarşı rəsmi ittham irəli sürülməyib, institutun təmsilçisi Şota Tutberidze Turan-a deyib ki, bu günə qədər əldə etdikləri məlumat ancaq budur.

“Saxlanılmasının səbəbləri izah edilməyib. Ailəsi də harada olduğunu bilmir. Onun vəkil hüququ da pozulub” deyən Tutberidze hesab edir ki, M.Əsədov qanunsuz saxlanılıb.

Azərbaycanin əlaqəli qurumlarından, hələlik M.Əsədovun saxlanılması barədə deyilənlərə rəsmi münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb. Bu haqda həmin idarə açıqlama yayıb.

M.Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi vurğulanır. Üstəlik, onun ailəsinin Azərbaycanda yaşadığı bildirilir. Verilən məlumata görə, ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana gəlir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az