[:az]Avropa Məhkəməsi Əvəz Zeynallı ilə vəkilinin şikayətini araşdırmağa başlayıb[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və onun vəkili olmuş Elçin Sadıqovun şikayətini araşdırmağa başlayıb.

Bu barədə məhkəmə məlumat yayıb.

Məlumata görə, şikayətdə Avropa Konvensiyasının 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddəsinin pozulduğu iddia edilir.

Ərizəçilər AİHM-ə şikayətlərində vurğulayıblar ki, Əvəz Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub. Şikayətdə vəkilin axtarışa məruz qaldığı, müdafiə etdiyi şəxs ilə görüşdəki qeydlərini həbsxana nəzarətçilərinin götürdüyü iddia olunur.

“Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.

2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Araşdırılan şikayət həmin dövrdə baş verənlərlə əlaqəlidir.

AİHM şikayətlə bağlı Azərbaycan hökumətinəsuallar göndərib.

Ancaq bu sullara nə cavab verildiyi, hələlik, bəlli deyil.

AİHM-in məlumatlarına görə, bu il Azərbaycanla bağlı araşdırılan şikayətlərin sayında artım var.

Məhkəmə təkcə bu ilin sentyabr – oktyabr aylarında Azərbaycandan göndərilmiş 66 şikayəti araşdırmağa başlayıb. İlin əvvəlindən araşdırılmasına başlanan şikayətlərin sayı isə 160-dan çoxdur.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az