[:az]Məhkəmə jurnalisti həbsdə saxlayıb[:]

tərəfindən Gozetci

[:az]Noyabrın 1-də Bakı Apelyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan jurnalist İkram Rəhimov barəsində 2 aylıq hənbs qəti imkan tədbirinin seçilməsi barədə Səbael rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İkram Rəhimov məhkəmədə çıxış edərək bildirirb ki, heç bir cinayət törtəməyib, barəsində seçilmiş 2 aylıq həbs qəti imkan tədbiri qanunsuz olduğu üşün dəyişdirilməlidir.

İ.Rəhimov həmçinin bütün ittihamları rədd edib, onu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun və Mətbuat Şurasının tutdurduğunu deyib.

“Məni həbs edəndə ilk sualları Əli Həsənovla və Mətbuat Şurası haqqında yazılarım barədə olub. Ə.Həsənova yazdığım açıq məktubu özümün yazıb-yazmadığımı soruşdular”, o qeyd edib .

Məhkəmə heyəti jurnalistdən tələb edib ki, mahiyyət üzrə danışsın. Yekunda jurnalist barəsində 2 aylıq həbs qəti imkanb tədbirinin seçşilməsi barədə qərar qüvvədə saxlanılıb.

Reallıq.info saytının rəhbəri İkram Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. O tutulmamışdan əvvəl Prezident Administrasiyasının yüksək vəzifəli şəxsini tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər araşdırılıb.

“Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”, məlumatda qeyd edilir.

Amerikanın səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az