[:az]Əfqan Muxtarlı ‘karsa’ salınıb[:]

tərəfindən Gozetci

[:az]Hazırda məhkumluq həyatı yaşayan jurnalist Əfqan Muxtarlı oktyabrın 7-də “karsa” (cərimə kamerasına) salınıb.

Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

Leyla Mustafayeva bildirib ki, jurnalistin cəzalandırlması onun tibb məntəqəsinə icazəsiz getməsi olub.

“Amma bu, bəhanədir. Əslində Əfqan Muxtarlı dərman üçün icazə alıb məntəqəyə gedib. Əsl səbəb onun AXCP üzvü Məmməd İbrahimin yastığının altında bıçaq gizlədilməsinin təşkil edilməsinə etirazı idi”.

Leyla Mustafayeva əlavə edib ki, Əfqan Muxtarlını soyundurub yağışlı havanın altında saxlayıblar:

“Onu 1 saatdan artıq “kars”da saxladıqdan sonra buraxıblar, amma telefon danışıqlarına məhdudiyyəti daha da artırıblar”.

Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.

Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Əfqan Muxtarlının dostları ilə görüşünə də icazənin verilmədiyi barədə məlumatlar verilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az