[:az]Dini fəalın saxlanma şəraiti ağırlaşdırılıb[:]

tərəfindən Gozetci

[:az]

Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş “Müsəlman Birliyi” hərəkatının fəalı Cahad Babakişizadənin saxlanma şəraiti ağırlaşdırılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsi onun üç il müddətinə qapalı tipli Qobustan həbsxanasına köçürülməsi haqqında qərarı qüvvədə saxlayıb.

Babakişizadə 2015-ci ilin noyabrında, hələ 18 yaşındaykən Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı saxlanılıb. O, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə başda olmaqla, bir qrup dini fəalla birlikdə konstitusiya quruluşunu zorla dəyişdirmə cəhdi, qanunsuz silah saxlama və s. ittihamlarla 14,5 il müddətinə azadlıqdan məhrum edilib.

Babakişizadənin cəzasını çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun cəza şərtlərinin ağırlaşdırılması haqqında vəsatət verib. Rəhbərlik bunu onun 9 dəfə töhmət alması və karserə salınması ilə əsaslandırıb.

Amma məhkum özü məhkəmədə bildirib ki, uydurma bəhanələrlə cəzalandırılıb. Bununla belə, Bakı Apellyasiya Məhkəməsi Babakişizadənin şikayətini təmin etməyib.

Beləliklə, bir neçə gün sonra o, saxlanma şəraiti daha ağır olan Qobustan həbsxanasına göndəriləcək.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az