[:az]İlqar Məmmədovun işi üzrə kassasiya şikayəti verilib[:]

tərəfindən Gozetci

[:az]Vəkil Fuad Ağayev REAL Partiyasının lideri İlqar Məmmədovun işilə bağlı Şəki Apellyasiya Məhkəməsinin 13 avqust tarixli son qərarından kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib. F.Ağayev Turan-a bildirib ki, şikayətdə İ.Məmmədova tam bəraət verilməsi məsələsi qoyulur.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.

Lakin məhkəmə onun günahını sübut etmədi, beynəlxaq birlik isə onu siyasi məhbus kimi tanıdı. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarının olmasına baxmayaraq, ölkə hakimiyyəti uzun müddət onu azadlığa buraxmaqdan imtina etdi.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovu iki il sınaq müddəti olmaqla vaxtından əvvəl şərti azadlığa buraxıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az