[:az]30 sutka inzibati cəza alan AXCP üzvünün səhhətinə görə Ombudsmana müraciət olunub[:]

tərəfindən Gozetci

[:az]30 sutka inzibati cəza alan AXCP üzvü Zəfər Əhmədlinin səhhətinə görə ombudsmana müraciət olunub.

Bu barədə Meydan TV-yə AXCP üzvünün ailəsindən məlumat veriblər.

Deyirlər ki, böyrək ağrılarından əziyyət çəkən Zəfər Əhmədlinin davamlı qulluğa, sağlığının diqqətdə saxlanmasına ehtiyac var:

“Təcridxanada belə şərait yoxdur. Lazım olan dava-dərmanı da özümüz alıb vermişik”.

Yaxınlarının deməsinə görə, cəbhəçinin sağlıq durumunun diqqətdə saxlanması üçün əlaqəli qurumlara müraciət olunub.

Avqusun 17-də cəbhəçinin vəkilləri onun sağlıq durumu ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsaman) müraciət ediblər.

Z.Əhmədli həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır.

Fuad Əhmədli 2016-cı ilin avqustun 17-də saxlanılıb. O, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham edilir. Bildirilir ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.

F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az