[:az]Polis siyasi məhbusların doğmalarının aksiyasını dağıdıb[:]

tərəfindən Gozetci

[:az]Bu gün siyasi məhbusların ailə üzvlərindən, əsasən qadınlardan ibarət qrup Bakının mərkəzində yürüş keçirib. Onlar üzərində həbs olunmuş həyat yoldaşlarının və övladlarının rəsmi olan maykalar geyiniblər.

Aksiyada məqsəd adamların qanunsuz həbsdə saxlandığı bir vaxtda milli qurtuluşdan danışmağın mümkün olmadığını göstərmək olub.

Aksiya iştirakçıları yürüşə Sabir bağında başlayıblar. Nizami küçəsinə çatdıqda polis onları saxlayaraq aksiyanın qanunsuz olduğunu bildirib. Sonra onları zorla polis maşınlarına oturdaraq Səbayel rayon 9-cu polis bölməsinə aparıblar.

Onların barəsində şəxsi məlumatları aldıqdan sonra bu gün bayram olduğunu deyərək buraxıblar.

Qadınlar DİN-in binasının yanından keçərkən onları yenidən saxlayıblar. Bundan sonra polis qadınlar dağılışana qədər onları müşayiət edib.
Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az