[:az]Siyasi partiyalar haqqında qanuna dəyişiklik təklif olunur[:]

tərəfindən Gozetci

[:az]“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilə bilər. Bu təklifi Milli Məclinin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

“Artıq vaxt yetişib ki, “Siyasi partiyalar haqqında” qanuna bir çox maddələr üzrə dəyişiklik edək” deyən S.Novruzova görə, qanunda siyasi partiyaların fəaliyyəti yüksək səviyyədə təsbit olunsa da qanunun 8-ci maddəsi kimlərin partiya üzvü olmasına bəzi maneələr yaradır.

Həmin maddəyə yenidən baxmağı təklif edən S.Novruzov qanunun maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olmasına qadağa qoymasını doğru hesab etmədiyini söyləyib. Komitə sədri hesab edir ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmamalıdır.

“Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir”, – o deyib.

“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Həmin vaxtdan qanuna 58 dəfə dəyişiklik edilib.

“Siyasi partiyalar haqqında” qanunun 8-ci maddəsi siyasi partiyalara üzvlük məsələlərini tənzimləyir.

Həmin maddəyə görə, heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

Qanun məhkəmə sədrlərinə, sədr müavinləri və hakimlərə, ombudsmana, hərbi qulluqçulara, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqanlarının, dövlət mətbuatı orqanlarının işçilərinə siyasi partiya üzvü olmagı qadağan edir.

İctimai televiziyanın Yayım Şurasının üzvləri, baş direktoru və onun müavinləri, Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri də siyasi partiyalara üzvü ola bilməzlər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az