[:az]REAL fəalı 10 günlük həbs cəzası alıb[:]

tərəfindən Gozetci

[:az]REAL Partiyasının üzvü Anar Məmmədov iyunun 7-də Yasamal rayon məhkəməsinin qərarı ilə polisə tabe olmama ittihamı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Doğmalarının sözlərinə görə, əslində dünən onu avtomobil sürərkən kiminsə maşınına vurması bəhanəsi ilə həyətə çağırıblar.

Sonradan polis onu küçədə senzuradankənar söyüş işlətməkdə ittiham edib.

Amma doğmaları A.Məmmədovun əsl səbəbinin mayın 28-də Bakıda AXC-nin 100 illiyi münasibətilə keçirilən yürüşdə iştirakı olduğunu hesab edirlər.

Həbs qərarından şikayət veriləcək.

Bir müddət əvvəl daha 4 REAL fəalı bu aksiyada iştiraka görə 25 gündən 30 günədək həbs olunub.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az