[:az]AXCP üzvü barəsində həbs qətimkan tədbiri seçilib[:]

tərəfindən Gozetci

[:az]Mayın 9-da saxlanılan AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov barəsində Cinayət Məcəlləsinin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə AXCP üzvünün vəkili Cavad Cavadov bildirib.

O, cinayət işini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin açdığını bildirib.

Cavad Cavadov hazırda Mirfeyzulla Seyidovun xəstəlik sənədlərini hüquq-mühafizə orqanlarına təqdim edtmək üçün hazıdığını dedi:

“Çalışacam ki, bu gün onunla görüşüm. Son məlumat odur ki, artıq Seyidovun Kürdəxanı Təcridxanasına göndərildiyi bildirilir”.

Mayın 10-da isə Nərimanov Rayon Məhkəməsi Mirfeyzulla Seyidov barəsində həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinə əsasən, M.Seyidova qarşı açılan iş üzrə 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az