[:az]Cəbhəçi sərbəst buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov mayın 2-də günorta saatlarından sonra rayon polis şöbəsindən sərbəst buraxılıb. Bu barədə AXCP İdarə Heyətinin üzvü İlham Hüseyn bildirib.

İ.Hüseyn deyib ki, hələlik S.Həsənov özü saxlanması barədə konkret açıqlama verməyib: “Amma burada dərindən düşünməyə elə bir ehtiyac da yoxdur, ya hansısa tənqidi statusa görə, ya hansısa mövqeyə görə saxlanıla bilər, nəticəsi də ya “söyüş söyürdü”, ya da “polisə müqavimət göstərdi” ola bilər”.

Xatırladaq ki, AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov aprelin 30-da günorta saatlarından sonra saxlanılraq Şəki rayon polis şöbəsinə aparılıb. AXCP Şəki rayon təşkilatının sədri İlham Həsənov polisə gedərək saxlanmanın səbəbini öyrənmək istəsə də hər hansı bilgi verilməyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az