[:az]Yazıçı-şair əfv edilməsini istəyir[:]

tərəfindən Gozetci

[:az]Həbsdəki yazıçı-şair Saday Şəkərli əfv edilməsini istəyir.

Onun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna deyib ki, S.Şəkərli bununla bağlı Prezident yanında Əfv Komissiyasına müraciət edib.

Vəkilin deməsinə görə, Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan yazıçı-şairin ailə durumu və səhhəti ilə bağlı problemləri var.

S.Şəkərli elə həmin əsaslarla əfv edilməsini istəyib.

Bundan əvvəl S.Şəkərlinin vəkilləri bir neçə dəfə onun vaxtından əvvəl azadlığa buraxılmasından ötrü məhkəməyə müraciət etmişdilər. Ancaq həmin müraciətlər rədd edilmişdi.

S.Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı il mayın 16-da çıxarılan hökm ilə o, 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb.

Şairin həbsi tənqidi məzmunda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirilir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə o vaxt vergilər naziri olan Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini «siyasi məhbus» elan ediblər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Yaxın günlərdə Azərbaycanda həm əfv, həm də amnistiya gözlənir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az