[:az]AXCP fəalı azadlığa buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Vəkil: “AXCP üzvü hazırda öz evindədir”

AXCP fəalı Mirfeyzulla Seyidov azadlığa buraxılıb. Bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb. Onun sözlərinə görə, mayın 22-də axşam saatlarında Nərimanov Rayon Məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib.

“Mirfeyzulla Seyidov hazırda öz evindədir”- vəkil “azadlıq.info”-ya deyib.

Mirfeyzulla Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. AXCP fəalı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

Mirfeyzulla Seyidov irəli sürülən ittihamı qəbul etmir. O, böyrək, diabet və hipertoniya xəstəliyindən əziyyət çəkir.

Bakı Apelyasiya Məhkəməsi mayın 21-də Mirfeyzulla Seyidovun qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında şikayətini təmin etməmişdi.

AXCP-də hesab edirlər ki, M.Seyidov siyasi motivlərlə təqib olunur.

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində öz münasibətini belə ifadə edib:

“Dostlar, nəhayət, bir şad xəbər. Mirfeyzulla Seyidov artıq evindədir. Onun haqqında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə dəyişiblər. Bilirsiniz ki, AXCP funksioneri Mirfeyzulla bəy narkotika ilə şərlənərək həbs olunmuşdu. Onun səhhəti çox ağır idi. Həbsdə qalması onun ölümü ilə nəticələnə bilərdi. Bu çətin günlərdə Mirfeyzulla bəyin azadlığı üçün “məni tut, onu azad et” kampaniyası aparan cəsur partiyadaşlarıma, bugünlərdə bizimlə olan hər bir soydaşımıza təşəkkür edirəm. Hakimiyyətə də səslənirəm, insani addımlar atmaqdan çəkinməyin. Ölüm yatağındakı digər AXCP fəalı Elnur Fərəcovu da azad edin!”

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az