[:az]Taleh Bağırzadə: Prezident Aparatından göstəriş verilib ki…[:]

tərəfindən Gozetci

[:az]“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə hakimiyyətə çağırış edib. İlahiyyatçı bununla bağlı bəyanat yayıb.

“Çağırış edirəm ki, hakimiyyətin bizə qarşı başlatdığı xüsusi düşmənçiliyə son qoyulsun…”, – deyə Taleh Bağırzadə bildirir.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş ilahiyyatçı bildirir ki, uzunmüddətli həbs cəzaları ilə kifayətlənməyən hakimiyyət onlara qarşı müxtəlif təzyiq üsullarından istifadə edir:

“Hələlik üzləşdiyim sonuncu təzyiq saxlandığım Qobustan həbsxanasında telefon danışıqlarıma qanunsuz müdaxilələrlə bağlıdır. Hətta ailə üzvlərimlə belə, bütün danışıqlarım dinlənilir. Bundan əlavə, dini ayinlərin icrasına maneələr yaradılır. Bütün bu təzyiqlərin mənbəyinin bir ünvanı var – Prezident Aparatı…”

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü polis əməliyyatı zamanı həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir və hazırda Qobustanda qapalı həbsxanada saxlanılır.

T.Bağırzadə ittihamları rədd edir. Bildirir ki, dövlət çevrilişi hazırlamaları, onlardan silah tapılması və s. haqda ittihamda yazılanların hamısı yalandır. İlahiyyatçının sözlərinə görə, əməliyyatda dünyasının dəyişən altı nəfərin hamısını polislər qətlə yetirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az