[:az]Apelyasiya Məhkəməsi Nardaran məhbusunun cəzasını ağırlaşdırıb[:]

tərəfindən Gozetci

[:az]Bakı Apelyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun – “Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində elan olunub.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırzadənin müavinin cəzası ağırlaşdırılıb.

Birinci instansiya məhkəməsinin hökmündə Zülfüqar Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulurdusa Bakı Apellyasiya Məhkəməsinin qərarında xüsusi rejimdə çəkilməsi qeyd olunub.

12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə və daha bir neçə üzvü saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 20 ildən 13 ilə qədər azadlıqdan məhrum ediliblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az