[:az]CPJ: Azərbaycanlı jurnalistin pasportunu qaytarın[:]

tərəfindən Gozetci

[:az]Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Ukrayna hakimiyyətini azərbaycanlı jurnalistin Niderland pasportunu qaytarmağa çağırıb.

Aprelin 4-də yaydığı bəyanatda CPJ Kiyev Vilayət Prokurorluğunu çağırıb ki, Fikrət Hüseynlinin hərəkət azadlığına dair məhkəmənin qərarına əməl etsin.

“Ukrayna Azərbaycanın avtoritar rejiminin tələblərinə boyun əyməməlidir. Bu rejim ölkə daxilində və xaricindəki tənqidçilərini təqib etməkdə ad çıxarıb”, – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

Aprelin 2-də Kiyev rayon məhkəməsi qərar çıxarıb ki, jurnalist Azərbaycana ekstradisiya olunmamalıdır, onun hərəkəti də məhdudlaşdırılmamalıdır.

Məhkəmə qərarından öncə Kiyevin prokuroru Serhiy Ostapets katibdən Hüseynlinin pasportunu alıb və qərarı gözləmədən zalı tərk edib. Bunu Ukrayna Helsinki İnsan Haqları Birliyi bildirib.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

F.Hüseynlinin 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlandığı bildirilir. Azərbaycanda onun dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunduğu deyilir.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi Azərbaycana ekstradisiyası məsələsinə baxmaqdan ötrü onu 18 gün həbs edib. Oktyabrın 27-də isə Kiyevin Lukyanovski Məhkəməsi F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbsini tələb edib. Bu il fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Çoxsaylı beynəlxalq təşkilatlar F.Hüseynlinin vətəndaşı olduğu Niderlanda yola salınması xahişiylə Ukrayna hökumətinə müraciət edib. Müxalif «Azadlıq» qəzetinin əməkdaşı olan F.Hüseynli 2008-ci ildə Azərbaycandan gedib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az