[:az]Qənimət Zayidovun şikayəti üzrə kommunikasiyaya başlayıb[:]

tərəfindən Gozetci

[:az]Avropa Insan Hüquqları Məhkəməsi (AIHM) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zayidovun 2007-ci ildə xuliqanlıqda və sağlamlığa az ağır xəsarət yetirməkdə ittiham edilərək 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı verilən şikayət üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

“Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 (d) maddələrinin pozulmasından (ona qarşı cinayət ittihamının qanunsuzluğundan) şikayət edib. Avropa məhkəməsi həmin maddələrin pozulub-pozulmamağı ilə bağlı hökümətə suallar ünvanlayıb. Məhkəmə xüsusən cinayət işi üzrə mövcud olan sübutlarla bağlı xeyli suallar göndərib. O həmçinin iş üzrə sənədləri, o cümlədən məhkəmə iclasının protokolunu istəyib”, – vəkil yazıb.

Q. Zayidov Turan-a bildirib ki, indi həbsdə olanların şikayətinə növbədənkənar qaydada baxılmalıdır.

” Biz hər halda həbsdə deyilik”, – o, Turan-ın məhkəmənin 10 ildən sonra kommunikasiyaya başlaması ilə bağlı sualına belə cavab verib.

Hazırda Fransada mühacirətdə olan Q.Zayidov 2007-ci ildə bir qadının şahid ifadəsi əsasında ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Sonradan 2009-cu ildə həmin qadının özü narkotik maddə ittihamı ilə həbs edilib. Q.Zayidov 2010-cu ildə əfv olunaraq azadlığa buraxılıb. Baş redaktor ailəsi üçün təhlükənin yarandığını bildirərək Fransaya mühacirət edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az