[:az]Əziz Orucov tibb məntəqəsinə köçürülüb[:]

tərəfindən Gozetci

[:az]Əziz Orucovun səhhətində ciddi problemlər qalmaqdadır. Jurnalist çətinliklə danışır, hərarəti yüksəkdir, böyrəklərində problem yaranıb.

Vəkil Bəhruz Bayramov aprelin 4-də 14 saylı Cəzaçəkmə Müəssisəsində “Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovla görüşündən sonra “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, müraciətlərindən sonra Orucov cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb.

“Həkimlər mülaicə edirlər. Amma danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Böyrək çatışmazlığından da əziyyət çəkir. Vəziyyəti normal deyil”, deyə vəkil qeyd edib.

Aprelin 5 saat 11-də Ali Məhkəmədə Əziz Orucovum kassasiya şikayətinə baxılacaq.

“Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu, baş verməyib. Həm də səhhəti məhkəmədə iştirak etməsinə imkan vermir”, deyə Bayramov “Amerikanın Səsi”nə bildirib.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az