[:az]Əhsən Nuruzadəyə 7 il həbs cəzası verildi[:]

tərəfindən Gozetci

[:az]“Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edildi. Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən öncə Əhsən Nuruzadə son sözündə günahsız olduğunu deyib. Bildirib ki, həbsinin gerçək səbəbi ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olması, günahsız həbs edilən inanclı insanların, o cümlədən Nardaran məhbuslarının ailələrinə toplaşaraq maddi və mənəvi yardım göstərmələri, həmçinin Milli Şuranın etiraz aksiyalarında fəal iştirakıdır.

Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az