[:az]Bakıda sürücü özünü yandırıb[:]

tərəfindən Gozetci

[:az]İlkin dindirmə zamanı hadisəyə səbəb maaşının ala bilməməsi göstərilir

Bakıda sürücü Bəhruz Feyruz oğlu Zeynalov martın 5-də özünü yandırıb.

Onu Respublika Yanıq Mərkəzinə vaxtında çatdırılması xilas edib.

Mərkəzin baş həkimi Şöhrət Məmmədov sürücünün bədəninin bir neçə yerinin yanması diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirib:

“Əsasən boyun, burun və əl nahiyyələri yanıb”.

Baş həkim pasientə lazımı yardımlar göstərildiyini və vəziyyətinin sabit olduğunu deyib.

İlkin dindirmələr zamanı sürücü Bəhruz Zeynalov işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az