[:az]Xədicə İsmayıl AzadlıqRadiosunun da məhkəməyə cəlb olunmasını istəyir[:]

tərəfindən Gozetci

[:az]Fevralın 28-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manatlıq iddiası üzrə məhkəmə keçirilib.

X.İsmayıl bu məhkəmə prosesinə AzadlıqRadiosunun («RFE/RL Inc.» şirkəti) nümayəndəsinin də cəlb olunmasını istəyib. Belə əsaslandırıb ki, nazirlik ondan tələb etdiyi məbləği AzadlıqRadiosunun Azərbaycandakı nümayəndəliyindən də istəyir.

Hakim Aidə Hüseyn deyib ki, prosesin gedişində bu haqda yazılı vəsatət versə, məsələyə baxıla bilər.

X.İsmayıl və nümayəndəsi Yalçın İmanov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiasının əsassız olduğunu söyləyib və onun məhkəmə baxışına verilməsinə etiraz edib.

Qarşı tərəf isə əksinə, hesab edir ki, iddia ərizəsində əksini tapmış məsələlər məhkəmə baxışında araşdırılıb, qərar qəbul edilməlidir.

Hakim qısa müşavirədən sonra iddianın araşdırılmasına qərar verib və məhkəmə baxışı martın 14-nə təyin olunub.

X.İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılırdı. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14 faizlik gəlir vergisi deyil, 4 faizlik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10 faizlik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham verilib. İndi Vergilər Nazirliyi jurnalistdən həmin pulları tələb edir.

X.İsmayıl isə bildirir ki, 17 min 792 manatlıq ittihamla bağlı bəraət alıb və bu haqda Ali Məhkəmənin qərarı var. Mənfəət vergisinin yayındırılmasına gəlincə, AzadlıqRadiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, ona mənfəət vergisi hesablanması da qanunsuzdur.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az