[:az]SMDT Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair hesabat yayıb[:]

tərəfindən Gozetci

[:az]Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair “Fakt xülasə – 2017” adlı hesabat yayıb.

Təşkilat bildirir ki, hesabata ölkədə insan hüquqları ilə bağlı əsas olayların təhlili və vətəndaşlardan hüquq pozuntuları ilə bağlı toplanan şikayətlər əsasında əldə edilən məlumatlar daxildir.

“Avropa Şurası ölkələri arasında Azərbaycan insan hüquq pozuntularının miqyasına görə ilk sıralarda yer alır və bu durum 2017-ci ildə daha da pisləşib. Bu il ərzində siyasi hakimiyyət vəziyyətinin təkmilləşməsi üçün zəruri addımlar atmadı, əksinə, siyasi məhbusların sayı çoxalıb, 6 müstəqil media saytı bloklanıb, vətəndaş cəmiyyətinin fəaliyyəti iflic olub, toplaşmaq azadlığı isə daha məhdudlaşıb”, – hesabatda deyilir.

SMDT 2017-ci il ərzində Azərbaycanda insan hüquqları üzrə beynəlxalq öhdəliklərin icrasını qiymətləndirmək üçün topladığı faktları araşdıraraq, əldə etdiyi 386 insan hüquqları pozuntusunu 9 kateqoriyaya – sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, ifadə azadlığı, ədalətli mühakimə, mülkiyyət, təhsil, sosial, iqtisadi və digər hüquqlara ayırıb.

SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az