[:az]Məhəmməd Mirzəli qohumlarının ona görə incidildiyini deyir
Fransada yaşayan video-bloger Məhəmməd Mirzəlinin bacısının həyat yoldaşı Elman Ağayev yanvarın 19-da sərbəst buraxılıb.
Bu barədə Məhəmməd Mirzəli “Facebook” səhifəsində məlumat paylaşıb.
Məhəmməd Mirzəlinin Göyçayda yaşayan atası Fazil Mirzəliyev yanvarın 13-də yerli polis tərəfindən saxlanılmışdı. Ona bildirilmişdi ki, oğlu hakimiyyətə qarşı yazdığı statusları silsin və üzr istəsin, əks təqdirdə, azad edilməyəcək. Ancaq bir gün sonra atasını azad edib bacısının əri Elman Ağayevi həbs etdilər.
“Əslində, polis bacımın yoldaşını girov götürüb. Bacımın yoldaşına deyiblər ki, hökumətə qarşı statuslarını silsin və üzr istəsin. Əks təqdirdə, bacımın yoldaşı narkotik ittihamı ilə 5 il azadlıqdan məhrum ediləcək. Atam mənimlə danışmaq istəmədi, deyir ki, sakit dayan, yoxsa Elmanı həbs edəcəklər. Bacımın yoldaşı işğal olunmuş Laçın rayonundan məcburi köçkündür”.
Məhəmməd Mirzəli bildirmişdi ki, onun geri addlım atmaq niyyəti yoxdur.
Meydan TV[:]