[:az]Kanada və ABŞ-ın ATƏT-dəki nümayəndələrinin Əfqan Muxtarlı işi üzrə birgə bəyanatı[:]

tərəfindən Gozetci

[:az]ABŞ və Kanadanın Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində hökm haqqında birgə bəyanatı yanvarın 18-də ATƏT-in Vyanada Daimi Şurasına təqdim edilib.

“ATƏT qarşısında fikri ifadə azlığına hörmət öhdəliklərimiz fonunda Kanada və ABŞ yanvarın 12-də Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində çıxarılmış 6 il azadlıqdan məhrumetmə hökmündən narahatlığını bildirir.

Məlumata görə, Muxtarlı mayın 29-da Gürcüstanda oğurlanıb və Azərbaycanda qaçaqmalçılıq və siyasi motivli hesab olunan digər ittihamlarla həbs edilib.

Kanada və ABŞ Azərbaycan hökumətini Muxtarlını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbsdə saxlanan bütün şəxsləri azad etməyə çağırır.

Biz Gürcüstanda oğurluq haqqında məlumatın araşdırılmasını diqqətlə izləməyə və Gürcüstanlı həmkarlarımızdan bu məsələdə irəliləyişlər haqqında məlumat istəməyə davam edirik”, deyə bəyanatda bildirilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az