[:az]Məhkəmə Kiyev prokurorluğuna Fikrət Hüseynlinin işi üzrə etirazı geri götürməyi təklif edib[:]

tərəfindən Gozetci

[:az]Kiyev şəhərinin Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqat yenə təxirə salınıb, bu barədə jurnalist özü bildirib.

Hüsenli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. O, oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

Hüseynlinin sözlərinə görə, hakim bildirib ki, apellyasiya etirazının verildiyi gündən iki ay keçib və o, öz aktuallığını itirib. O, prokurorluğa etirazı geri götürməyi tövsiyə edib.

Prokurorluq israr edərsə, etiraza yanvarın 31-də baxılacaq.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az