“QHT işi” çərçivəsində daha 2 nəfər həbs edilib

tərəfindən Gozetci

Asəf Əhmədov və Zamin Zəki

“Abzas Media”nın məlumatına görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində 3 ay 4 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar bu gün, aprelin 9-da Binəqədi Rayon Məhkəməsində verilib.
Xatırladaq ki, martın 14-də eyni cinayət işi üzrə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Məmmədzadə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.
Elə həmin gün Məmməd Məmmədzadə və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Martın 17-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvü istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az