AXCP fəalı Elnur Quliyevə 30 sutka verilib

tərəfindən Gozetci

Elnur Quliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Elnur Quliyev həbs edilib.
“Abzas Media”ya bu barədə partiyadan məlumat verilib. Bildirilib ki, Quliyev aprelin 8-i səhər saatlarında 28 May metrosunun yaxınlığında saxlanılıb. Ondan bir gün ərzində məlumat almaq mümkün olmayıb.
Aprelin 9-da məlum olub ki, Quliyev xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunaraq məhkəmənin qərarı ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. Bu həftə Kərimlinin sürücüsü də eyni ittihamla həbs olunmuşdu. Son 1 ayda Əli Kərimlinin 2 mühafizəçisi və 1 sürücüsü həbs olunub. Mühafizəçi Kənan Zeynalov adam bıçaqlamaqda ittiham olunur.
Müxalif partiya sədrinin hazırda başqa bir mühafizəçisi Niyaməddin Əhmədov terroru maliyyələşdirmək ittihamı ilə 13 illik həbs cəzasını çəkir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Son hesabatlara görə, hazırda ölkədə 357 siyasi məhbus var. Bunlardan 14-ü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az