Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına buraxmaqdan imtina edib

tərəfindən Gozetci

Tofiq Yaqublu

Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Bu barədə Turan-a siyasətçinin qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
“Ata məhkəmədə bildirdi ki, ittiham yalandır və siyasi hakimiyyətin sifarişidir. Dedi ki, onu hakimiyyəti tənqid etdiyinə görə təqib edirlər”, – Nigar Həzi deyib.
* Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az