Vendi Morton Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşlər keçirib

tərəfindən Gozetci

Fevralın 9-da Azərbaycanın hüquq-müdafiə nümyəndələri Şəhla İsmayıl, Anar Məmmədli və Rəsul Cəfərov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri xanım Vendi Mortonla görüşüblər.

Rəsul Cəfərovun Turan-a verdiyi məlumata görə, görüşdə 44 günlük müharibədə beynəlxalq humanitar hüququn pozulması hallarından vətəndaş cəmiyyəti sahəsində mövcud problemlərə qədər geniş məsələlər barədə fikirlər və təklilflər səsləndirilib.

Ümumi rəy bundan ibarət olub ki, post-konflikt dövrü üçün insan hüquqlarının müdafiəsi sahəsində fundamental addımlar, o cümlədən QHT qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi məhbus probleminin həlli yalnız fayda verə bilər.

Belə görüşlərin əsas mahiyyəti ondan ibarətdir ki, yüksək vəzifəli xarici nümayəndə heyətləri rəsmi şəxslərlə görüşlərdə vətəndaş cəmiyyətini narahat edən məsələləri onlara çatdıra bilir, deyə Cəfərov qeyd edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az