[:az]İyunun 4-də hüquqşünas Emin Aslanı oğurlayan “Mercedes” markalı “90 XG 017” dövlət nömrə nişanlı avtomobil Teymurov Mehman Vaqif oğluna məxsusdur. Bu barədə jurnalist Xədicə İsmayılova öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu adda insan DİN-in Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.
Sonradan o, 2015-ci ildə Nardaranda həyata keçirilən xüsusi əməliyyatda DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin (MCMBİ) əməliyyatçısı kimi iştirak edib.
Buna görə jurnalist hesab edir ki, Aslan MCMBİ-də saxlanılır. Yeri gəlmişkən, bu idarə insanların faktiki olaraq oğurlanma yolu ilə saxlanması kimi acınacaqlı şöhrətə malikdir.
Aslan ABŞ-dan qayıtdıqdan 4 gün sonra saxlanılıb. O, Syracuse Universitetinin hüquq elmləri magistrı diplomunu alıb. O, hüquqların müdafiəsi və AİHM-yə ərizələrin hazırlanması sahəsində fəaliyyəti ilə məşhurdur.
Bu gəncə qarşı hansı iddiaların ola biləcəyi aydın deyil.
DİN insan oğurluğu faktı ilə bağlı şərh vermir və ictimaiyyətin və oğurlanmış şəxsin qohumlarının sorğularına cavab vermir.
Baş verənlərin səbəblərinə gəlincə, ictimaiyyət nümayəndələri hesab edirlər ki, hakimiyyət xaricdə hökumət əleyhinə aksiyalarda iştirak edənlərin və Azərbaycan müxalifətinin və vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinə yardım edənlərin “ovuna” çıxıb.
Bu yaxınlarda sahibkar Saleh Rüstəmovun və qardaşı oğlunun oğurlanması bu “ovun” nümunəsidir. Onlar MCMBİ-də işgəncələrə məruz qoyulub, vəkil onların yanına buraxılmayıb və yaxınlarına onların saxlandığı yer barədə məlumat verilməyib.
Bu metodlardan başqa, hakimiyyət xaricdə fəalların özlərinə əli çatmadıqda onların qohumlarının həbsi və repressiyalara məruz qoyulması metodunu tətbiq edir. -06D-
* * *
2018 İyun 05 (Çərşənbə axşamı) 11:45:07
Syracuse Universitetininin hüquq fakültəsinin məzunu Bakıda saxlanılıb
Bakı/05.06.18/Turan: ABŞ-ın nüfuzlu universitetlərindən olan Syracuse Universitetininin hüquq fakültəsinin məzunu, bir neçə gün öncə ölkəyə qayıtmış Emin Aslan iyunun 4-də Bakıda Milli Parkdakı “Park Bulvar” Ticarət Mərkəzinin yaxınlığında 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətdə aprılıb. Bu barədə Amerikanın Səsinə Emin Aslanın yaxınları bildirib.
“Mülki geyimli şəxslər özlərini təqdim etmədən, hər hansı sənəd göstərmədən Emin Aslanı bir “Mersedes” avtomobilinə oturdaraq apardılar”, Aslanın yaxınlığında olan bir şəxs deyib.
Ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə Emin Aslanın naməluim mülki geyimli şəxslər tərəfindən saxlanılması barədə məlumat verib. Lakin, bir neçəı saat keçməsinə baxmayaraq onun harada saxlanılması barədə məlumat yoxdur.
Hüquq müdafiəçiləri də Aslanın axtarışına qoşulub. İnidiki ana qədər onlar da hər hansı məlumat əldə edə bilməyib.
“Biz Səbael rayonu ərazisində olan polis bölmələrində Emin Aslanı axtarırıq. Ancaq Emin Aslanla bağlı hər hansı məlumat əldə edə bilməmişik. O Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin ərazisində saxlanılıb. Polis bölməsindən onların da Emin Aslanın axtarışı ilə məşğul oduqlarını bildirdilər”, hüquq müdafiəçisi ANar Məmmədli Amerikanın Səsinə bildirib.
Rəsmi qurumlardan Emin Aslanla bağlı hələ məlumat almaq mümkün olmayıb.
Turan[:]