[:az]“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin tərəfdarı kimi tanınan Möhtəbər Babayev azadlığa çıxıb. O, qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilmişdi.
M.Babayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Bu gün M.Babayev həbs cəzasının başa çatması ilə əlaqədar 5 saylı koloniyadan buraxılıb. Bu barədə Turan-a M.Babayevin doğmaları məlumat veriblər.
O 2015-ci il noyabrın sonlarında Nardaranda polisin keçirdiyi xüsusi əməliyyatdan sonra Sabirabadda saxlanılıb.
M.Babayev qanunsuz silah saxlamaq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Istintaqın məlumatına görə, M.Babayev Nardaranda iğtişaşlarda iştirak edib, sonra Sabirabada gedib. O, özü ilə “Kalaşnikov” avtomatı və patron götürərək onları Xankeçən kəndində evinin yaxınlığında gizlədib.
M.Babayev məhkəmədə ittihamı rədd edərək polisdə işgəncələrə məruz qaldığını bildirib
Turan[:]