Rəbiyyə Məmmədova saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Rəbiyyə Məmmədova

İctimai fəal Rəbiyyə Məmmədova artıq sərbəst buraxılıb. Sosial mediada onun oturaq etiraz aksiyasını davam etdirdiyini göstərən foto yayılıb.

+++

İctimai fəal, “Sapla” tikiş sexinin qurucusu Rəbiyyə Məmmədova bu gün, aprelin 11-də saxlanıb.

Bir qədər əvvəl o, Facebook səhifəsində İqtisadiyyat Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım etmişdi.

Hələlik, məsələyə İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Rəbiyyə Məmmədova iki gün əvvəl, aprelin 9-da da Sahibkarlığın İnkişafı Fondunun (SİF) qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirdiyini açıqlamışdı. O bildirirdi ki, fevralın 6-dan müraciət etsə də, kredit ala bilmir. Fonddan ona müraciətinin araşdırıldığını bildiriblər.

Məmmədova vurğulayırdı ki, söhbət 15 min manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. O, 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsün fəaliyyətinə əngəllər yaradıldığını iddia edirdi.

Xanım sahibkar bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanladığını bildirmişdi.

Rəbiyyə Məmmədova 2020-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini vermişdi. O, seçkidən sonra bir çox etiraz aksiyalarına qatılaraq səsvermədə hüquqlarının pozulduğunu, ciddi saxtakarlıq hallarına yol verildiyini açıqlamışdı. Lakin seçki komissiyası onun şikayətini əsaslı saymamışdı.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az