Keçmiş diplomat Emin İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib

tərəfindən Gozetci

Emin İbrahimov

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə elan edilmiş ittiham ləğv edilib. O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Emin İbrahimov ittihama münasibətdə özünü təqsirli bilməyib. Son sözündə bəraət istəyib.
Xatırladaq ki, sabiq diplomat iyulun 22-də saxlanılıb. Onun vəkili Aqil Layıc “Azadlıq Radiosu”na bildirib ki, axşam saatlarında Xalqlar Dostluğu metrosunun yaxınlığında naməlum şəxs İbrahimova hücum edib. Bundan sonra onu əraziyə yaxınlaşan mülki geyimli şəxslər saxlayıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, 1981-ci il təvəllüdlü Emin İbrahimovla 1987-ci il təvəllüdlü bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb:
“Nəticədə Emin İbrahimov bıçaqla vətəndaşa xəsarət yetirib, xəsarət almış şəxs xəstəxanaya çatdırılıb”, – deyə DİN-in məlumatında bildirilib.
Vəkilin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılan İbrahimov işgəncəyə məruz qalıb. Telefonunun parolunu əldə etmək üçün Emin İbrahimova polis bölməsində elektroşok verilib.
Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyində, Azərbaycanın ABŞ-dəki səfirliyində və Uruqvaydakı diplomatik missiyasında çalışıb. O, hakimiyyəti tənqid edən statusları ilə tanınırdı.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az