AXCP-nin sədr müavini oğurluqda ittiham olunaraq saxlanılıb

tərəfindən Gozetci

Ayaz Məhərrəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ayaz Məhərrəmli saxlanılıb

Partiyadan Turan-a verilən məlumata görə, Məhərrəmli ilə 6 iyun axşam saatlarından əlaqə saxlamaq mümkün olmayıb. Bu gün isə məlum olub ki, onu saxlayıblar.
“Onu oğurluqda ittiham edirlər. Bu, mümkün deyil. O, taksi sürücüsü işləyirdi, ola bilsin ki, Bakıdan Şirvana nə isə aparmaq sifarişi alıb və bunu oğurluq kimi qələmə vermək istəyirlər. Hakimiyyətin narkotik və xuliqanlıq ittihamları tükənib, indi buna əl atıblar”, deyə AXCP-nin mətbuat xidmətindən bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Turan-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Məhərrəmli 15 iyul 2020-ci il tarixində 50 min insanın işğal edilmiş ərazilərin azad olunması tələbi ilə küçələrə çıxdığı Qarabağ aksiyasında iştirak etdiyinə görə həbs edilmişdi. Sonradan bu işin bütün fiqurantları kimi, o da şərti cəza alıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az