72
İstintaq təcridxanasında III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin vəziyyəti pisləşib. Bu barədə onun xanımı Günel Manaflı bildirib.
Onun sözlərinə görə, qan analizləri şəkər və xolesterinin səviyyəsinin artdığını göstərib. Həkim deyib ki, müalicəyə başlamasa, qan damarlarında tıxanma ola bilər.
Bundan əlavə, İzzətlinin öd kisəsində daş var ki, bu da təhlükə yaradır, – Manaflı qeyd edib.
* Ruslan İzzətli martın 8-də qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O, “Toplum” TV işi üzrə cəlb edilib. Ondan başqa daha 8 jurnalist və fəal bu iş üzrə ittiham olunur.
Turan