AXCP fəalı məhkəməyə aparılarkən fiziki təzyiqə məruz qalıb

tərəfindən Gozetci

Elnur Həsənov

Martın 12-də Bakının Xətai Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib. Eyni zamanda, fəal məhkəməyə aparılarkən mühafizəçilər tərəfindən fiziki təzyiqə məruz qalıb, bu barədə AXCP-dən bildiriblər.

Həsənovun əlləri arxadan qandallanıb, məhkəmə zalına isə yalnız bir nəfər – Ədliyyə Nazirliyinin nümayəndəsi buraxılıb. Müdafiə tərəfi bunu qanun pozuntusu hesab edib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi (CM-in 234.4.3-cü mad.) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Fevralın 24-də məhkəmə Həsənovun həbs müddətini 1 ay uzadıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az