Vaqif Xaçatryan Meşəli kənd sakinlərinin kütləvi qətlində təqsirini inkar edir

tərəfindən Gozetci

Vaqif Xaçatryan

Bu gün Bakı Hərbi Məhkəməsində 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndinin sakinlərinin kütləvi qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə mahiyyəti üzrə dinləmələr başlayıb.

İclasın əvvəlində onun vəkili dəyişdirilib, belə ki, Natiq Bəybalayev müalicə üçün xaricə getməli olduğunu bildirib. Onun yerinə Radmilla Abdulova vəkil təyin edilib. Müttəhim vəkilin dəyişdirilməsinə etiraz etməyib.

Daha sonra ittiham aktı oxunub. Prokuror həmçinin Meşəli kənd sakinlərinə qarşı cinayətlərin törədilməsində ittiham olunan 30-a yaxın digər şəxsin adlarını açıqlayıb.

Xaçatryan irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. O, “azərbaycanlılara qarşı heç bir cinayətdə” iştirak etmədiyini iddia edir. Müttəhimin sözləri zalda qəzəb doğurub. İş üzrə 59 zərərçəkmiş keçir.

Xatırlatma

Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getmək istəyərkən “Laçın” sərhəd-buxarılış məntəqəsində saxlanılıb. Onun barəsində Azərbaycanda 1991-ci il 22 dekabr hadisələri ilə bağlı açılmış cinayət işi üzrə axtarış elan olunub. Həmin vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum edib.

Xaçatryan və onun silahdaşları 25 azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən sürgün edib.

Xaçatryan Azərbaycan CM-in 103 (soyqırım) və 107-ci (deportasiya və ya əhalinin zorla köçürülməsi) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az