Gənc fəallar hakim partiyanın ofisi qarşısında etiraz aksiyası keçiriblər

tərəfindən Gozetci

Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.

Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o cümlədən jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Aksiya iştirakçıları “Rədd olsun irtica!”, “Yaşasın Cümhuriyyət!” şüarları səsləndiriblər.

Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, polis bölmələrinə aparıb. Bu barədə, saxlanılanlardan biri – Rüstəm İsmayılbəyli öz facebook səhifəsində yazıb.

DİN isə heç kimin saxlanılmadığını, sadəcə olaraq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırıldığını bildirir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az