“Gözətçi” xəbər verir ki, Sahib İsayev əlillik pensiyasının təyin edilməsi üçün Şəki şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinələrdən keçib, sənədlərini həmin xəstəxananın Həkim Müayinə Komissiyasına təqdim edib. Ancaq Tibbi- Sosial Ekspert Komissiyasının elektron sisteminə daxil edilən sənədlərə imtina cavabı gəlib.
S. İsayevə “Sağ aşağı tərəfin V barmağının yaş qanqrenası (E11.5). Sağ ayağın diabetic fleqmonası (F40.9). Şəkər diabet xəstəliyi II tip ağır forma (E11). Ü.İ.X. Keçirilmiş miokard infarktı (125.2)” diaqnozu təyin edilib.
Qeyd edək ki, Sahib İsayevin yanvarın 21-də “Gözətçi”də şikayət videosu paylaşılandan sonra Şəki şəhər TSEK-ı sənədləri qəbul etsə də, hələ də ona rəsmi cavab göndərilməyib.
Daha ətraflı linkdə