Sabirabad rayon Şəhriyar kənd sakini ikinci qrup əlil Bəxtiyar Əhədov polis şiddətinə məruz qalmasından şikayətlənir. Bunu o, “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib.
Şikayətçinin sözlərinə görə, işlətdiyi dönərxanadan mayın 5-i gecə saatlarında oğurluq hadisəsi baş verib. O, məsələ ilə bağlı Sabirabad rayon Poliz Şöbəsinə müraciət edib.
“Məni və köməkçim Emili şöbəyə çağırdılar. Bizi orda Cinayət Axtarış Bölməsinin rəisi İlqar müəllim qəbul etdi. İlqar müəllim mənim başıma gələn oğurluq hadisəsini araşdırmaq əvəzinə, vaxtı ilə kəndimizdəki əxlaqsızlıq yuvasına qarşı etdiyim etirazımı xatırlatdı. Bundan sonra məni ağır söyüşlərlə təhqir etdi və orda döydü”.
Bəxtiyar Əhədov bildirir ki, onu və kpməkçisini polis şöbəsində 3-4 saat saxladıqdan sonra buraxıblar. Onun şikayyətinə isə baxan olmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı linkdə