Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü və “Azadlıq” qəzetinin əməkdaşı Aqil Məhərrəmli Xəzər rayon məhkəməsinin onun vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxılmasını uzatmasından şikayət edir.
Məhərrəmli artıq vaxtından əvvəl şərti azadlığa buraxılması xahişi ilə məhkəməyə müraciət edib. Amma məhkəmə müraciətə baxmır və cavab vermir. Məhərrəmli hüquq müdafiəçilərini və fəalları bu məsələni ictimailəşdirməyə çağırıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin fikrincə, Aqil Məhərrəmli, eləcə də Saleh Rüstəmli tamamilə ədalətsiz və əsassız olaraq mühakimə edilib. Məhərrəmli 4 il, Rüstəmli isə 7 il 3 ay həbs cəzası alıb.
Məhərrəmli artıq cəzasının dörddə üçünü çəkib, amma onun vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququna məhəl qoyulmur. Eyni zamanda, hakimiyyət ağır cinayətlər törətmiş şəxsləri vaxtından əvvəl azadlığa buraxır, deyə Kərimli qeyd edib.
Xatırladaq ki, Məhərrəmli 2018-ci ilin mayında “Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” işi üzrə həbs edilib. O, 4 il həbs cəzası alıb. Mayın sonlarında onun həbsinin 3 ili tamam olub. Qanunvericiliyə əsasən, o, vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququna malikdir.
Turan