Avropa Şurası Nazirlər Komitəsi: Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını gecikdirir

tərəfindən Gozetci

Azərbaycan Avropa Şurasının Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulması ilə bağlı Strasburq məhkəməsinin qərarlarının sayına görə Avropa Şurasında liderlik edir.

2020-ci ilin sonuna Nazirlər Komitəsində baxılmaq üçün 12 belə iş olub, o cümlədən Azərbaycana qarşı 6, Rusiya və Ukraynaya qarşı 2, Gürcüstana və Türkiyəyə qarşı 1 iş olub, Avropa Şurası Nazirlər Komitəsinin illik məruzəsində bildirilir.

Bununla yanaşı, 2020-ci ildə Azərbaycanda iki iş üzrə – İlqar Məmmədov və Rəsul Cəfərovun işləri üzrə hökumət Avropa İnsah Hüquqları Konvensiyasının qərarlarını yerinə yetirib, digər hallarda isə ərizəçilərin hüquqları bərpa edilməyib.

Əsasən, bu, AİHM-in “Məmmədli Qrupu”na (hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Nida Hərəkatının fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və Respublika alternativi Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərli) qarşı qərarların icrası edilməməsilə bağlıdır.

Bu işləri birləşdirən Avropa Konvensiyasının 18-ci maddəsinin, yəni təqibin siyasi motivlərinin pozulmasının tanınması olub.

2020-ci ildə Avropa məhkəməsi tərəfindən onların icrasına nəzarət etmək üçün Nazirlər Komitəsinə verilmiş yeni işlərin sayı 51 olub. Bu, 2019-cu ildə olduğundan (19) üç dəfə çoxdur.

2020-ci ilin sonuna Azərbaycanda işlər üzrə 235 qərarın icrası gözlənilirdi ki, bu da 2019-cu ildə olduğundan (189) 24 faiz çoxdur.

Bununla yanaşı, 2020-ci ildə Azərbaycanda 6 iş bağlanıb ki, bu da 2019-cu ildə olduğundan (16) xeyli azdır.

2020-ci ildə Azərbaycana qarşı işlər üzrə Avropa Məhkəməsi tərəfindən verilmiş “ədalətli kompensasiya” 2019-cu ildəki 707 010 avrodan artaraq 803 726 avro olub.

6 halda ödənişlər müəyyən edilmiş müddətlərdə həyata keçirilib, 18 ödəniş müddət pozulmaqla ödənilib. 69 halda hələ də  ödənişin təsdiqlənməsi gözlənilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az