Həbsdəki cəbhəçi: ‘Hər an ‘öləcəm’ qorxusu ilə nəfəs alıram’

tərəfindən Gozetci

[:az]

Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP üzvlərindən Baba Süleymanovun vəziyyəti saxlandığı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə pisləşib.

Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP üzvlərindən Baba Süleymanovun vəziyyəti saxlandığı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə pisləşib. Onun ürəyində problem var və bu, həkim rəyi ilə də təsdiqlənib. Vəkili Zibeydə Sadıqova səhhətindəki problemlərə görə onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermişdi.

Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində vəkilin şikayətinə baxılıb. Məhkəmədə B.Süleymanov özü də iştirak edib.

“Elə gün olur ki, beş-altı dəfə ürəkkeçməm olur”

“Hər an “öləcəm” qorxusu ilə nəfəs alıram. Elə gün olur ki, beş-altı dəfə ürəkkeçməm olur”, – AXCP fəalı məhkəmədə belə deyib.

Vəkili isə onun səhhətindəki problemlərlə yanaşı, istintaqdan qaçıb gizlənmək ehtimalı barədə prokurorluğun arqumentlərinə də cavab verib. Müdafiəçi bildirib ki, artıq bu cinayət işi üzrə istintaq yekunlaşıb. Onun şəxsiyyətini təsdiq edən sənədlər istintaq orqanındadır, özünün də ölkədən çıxışına qadağa var. Belə olan halda, ölkədən qaçması real deyil: “Onun özü də qaçıb gizlənməkdə maraqlı deyil. Çünki təqsirsiz olduğunu bildirir və bəraət almaq istəyir”.

Vəkil vurğulayıb ki, bu cinayət işində zərərçəkmiş qismində tanınanlar polislərdir. B.Süleymanovun da onlara təzyiq göstərmək imkanı yoxdur.

Hakim Elmar Rəhimov şikayəti təmin etməyib.

İyulun 20-dən həbsdə olan B.Süleymanovun səhhətindəki problemlərlə əlaqədar o, avqust ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Üç həftə orada müalicə olunduqdan sonra Bakı İstintaq Təcridxanasına qaytarılıb.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az