AXCP fəalı həbs edilib

tərəfindən Gozetci

[:az]Avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tural Atakişiyev (Pünhan) inzibati qaydada 30 sutka həbsə məhkum edilib. Bu barədə AXCP-dən Turan-a bildiriblər.

Məlumata görə, Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Atakişiyev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunub.

O, bu gün səhər saatlarında saxlanılıb. Atakişiyev bundan öncə avqustun 7-də saxlanılıb və Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insidentlə bağlı izahat alındıqdan sonra sərbəst buraxılmışdı.

Hüquq-mühafizə orqanları müxalifət fəalının həbsi bağlı hələ məlumat yaymayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az