Həbsdə olan Məmməd İbrahim: ‘Oğluma görə çox narahatam…’

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, dövlət çevrilişinə cəhddə suçlanan Məmməd İbrahim bu ittihamın saxta olduğunu bildirib. O, bu haqda avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən danışıb.

Apellyasiya şikayəti onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verilib. M.İbrahim deyib ki, haqqındakı həbs qərarı qanunsuz və əsassızdır. Ona qarşı irəli sürülmüş ittihamları təsdiqləyən bircə sübut da yoxdur:

“Mən ümumiyyətlə, iyulun 14-də keçirilən Qarabağa dəstək yürüşündə iştirak etməmişəm. Nə də kiməsə o yürüşdə iştirak, yaxud başqa hərəkət barədə göstəriş vermişəm. Bu ittihamlar şər-böhtandan başqa bir şey deyil”.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov onun haqqındakı həbs qərarını haqlı sayıb, şikayətini təmin etməyib.

“Öz durumu ilə bağlı şikayəti yoxdur”

M.İbrahimin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından şikayət üçün ölkə daxilində sonuncu instansiya apellyasiya məhkəməsidir, Ali Məhkəməyə şikayət vermək olmaz. Ona görə də növbəti addım M.İbrahimin ev dustaqlığına buraxılması üçün Nəsimi rayon Məhkəməsinə vəsatət vermək olacaq. M.İbrahimin durumuna gəlincə, vəkil bildirib ki, səhhətilə bağlı şikayəti yoxdur:

“Məmməd İbrahim dedi ki, “oğluma görə çox narahatam”. Öz durumu ilə bağlı şikayəti yoxdur”.

M.İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimov da Qarabağ yürüşündən sonra həbs olunub. Ona qarşı CM-in 139-1.1 maddəsilə ittiham irəli sürülüb. M.İbrahimov özü COVİD-19 (koronavirus) daşıyıcısı olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İş materiallarında onun iyulun 20-də küçədə gedərkən saxlandığı yazılıb. Ailə üzvləri isə bildirir ki, M.İbrahimov koronavirusa yoluxmayıb və iyulun 15-də yürüşdən qayıdarkən saxlanılıb. Ertəsi gün bölmədə onun AXCP funksioneri M.İbrahimin oğlunu biləndə buraxmayıblar, onlar deyirlər. Beş gün sonra isə ona qarşı koronavirusla bağlı ittiham irəli sürülüb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az