[:az]Tovuzda aksiya olub[:]

tərəfindən Gozetci

[:az]Mayın 11-də Tovuz Rayonun Köhnəqala kəndin sakinləri etiraz aksiyanı keçirməyə cəhd göstərib.

Yerli sakinlərin AzadlıqRadiosuna verdikləri məlumata görə, aksiya su problemi ilə əlaqədar idi. “Kənddə su problemi var. İndi çaylarda bir az su var deyə camaatın suyu gəlir. 10 gün sonra su quruyan kimi biz susuz qalırıq. Prezident İlham Əliyev Tovuz rayonunda 18 artezian quyuların qazılması üçün 1 milyon 260 min manat vəsait ayırıb. Tovuz rayonunun icra başçısı bu pulu dolayı yolla ələ keçirdiyi torpaqın başından vurdurur. Dörd aydır biz kənddən rayona gedib gəlirik bizi qəbul edən yoxdur”.

Sakinlər bildirib ki, sakinlər toplaşaraq rayon İcra Hakimiyyətin binasının önünə gedən zaman polis əməkdaşları onların yolunu kəsdi. “Bu gün camaat dinc şəkildə toplaşaraq piyada yol kənarı ilə rayona getdiyi halda polislər gəldi və camaatı yolda dayandırdı”.

Sakinlər əlavə etdilər ki, İcra Hakimiyyətin nümayəndələri problemini həll olunacağını deyib. “Biz icra başçısının gəlməyini tələb etdik. O gəlmədi. Sonra nümayəndələr göndərildi, onlar camaata söz verdilər ki, iki artezian quyu qazılacaq. Camaat da ona görə geri qayıtdı”.

Tovuz Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və təhlil sektorundan Turana aksiyanın keçirilməsi barədə xəbəri təkzib ediblər. “Heç bir sksiya olmayıb. Bu, yalan xəbərdir. İcra başçısının ünvanına səsləndiyi ittihamlar da yalandan başqa bir şey deyil”.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az