[:az]Psixiatriya Xəstəxanasına yerləşdirilən müxalifətçi pis rəftardan şikayətlənir[:]

tərəfindən Gozetci

[:az]Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına  məcburi müalicəyə yerləşdirilən AXCP fəalı Aqil Hümbətov mayın 11-də evə zəng edərək onunla pis rəftar etdiklərini bildirib.

Onun həyat yoldaşı Aygün Hümbətova Turan-a bildirib ki, Aqil deyib ki, ona bilmədiyi iynələr vurulur və adlarını açıqlamadıqları  dərmanlar verilir.

“Mən ona dedim ki, dərman və iynələrdən imtina etsin. Ancaq müalicə məcburidir. Aqil özünü çox pis hiss etdiyini bildirdi”, – A.Hümbətova deyib.

“Mənim ərim ruhi xəstədirmi, niyə onunla belə davranırlar? Niyə üç uşaq atasını öldürürlər. Əgər bu cür “müalicə etməyə” davam etsələr, o öləcək”, – A.Hümbətova qeyd edib.

1 saylı Psixiatriya Xəstəxanasından şərh almaq cəhdi uğursuz olub.

Xatırladaq ki, A.Hümbətov sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etdikdən sonra martın 30-da Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin məhkəmənin qərarı ilə sərbəst buraxıldı. Bundan sonra A.Hümbətov sosial şəbəkələrdə saxlanma şəraiti barədə danışdı və Psixiatriya Xəstəxanasındakı vəziyyəti, xəstələrlə qeyri-insani rəftarı, dəhşətli sanitariya şəraitini, pis qidalanmanı tənqid etdi.

Ertəsi gün – aprelin 2-də yenidən həmin xəstəxanaya yerləşdirildi.

Hüquq müdafiəçiləri A.Hümbətovun Psixiatriya Xəstəxanasına yerləşdirilməsini dissidentlərin analoji üsulla təqib edildiyi sovet praktikasının təzahürü kimi qiymətləndiriblər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az