[:az]AXCP: “Əli Kərimli beşinci gündür blokada şəraitindədir” [:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin artıq 5 gündür mobil və ev telefonun, həmçinin internetin kəsildiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, partiya sədrinə informasiya blokadası tədbiq olunub. “Bu blokadaya görə Əli bəy və ailə üzvləri hətta evdən çıxıb çörək, lazım olan dərmanı ala bilmir. Çünki mobil xətti kəsilib və 8103-ə mesaj yazmaq olmur. Evinə gəlib yardım etmək istəyən partiya üzvlərini isə həbs edirlər”.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Turana bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir. “Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir”.

Həbs olunmuş AXCP üzvləri ilə bağlı, DİN-dən bildirilib ki, onların heç biri siyasi motivlərlə həbs olunmayıb. Həbs olunmuş şəxslər xüsusi karantin rejimini pozaraq inzibati məsuliyyətə cəlb olunublar.

Koronavirus pandemiyasına görə Azərbaycanda aprelin 5-dən tədbiq olunmuş xüsusi rejimin qaydalarına uyğun vətəndaşlar mobil telefonlarından 8103 qısa nömrəyə xüsusi indeksli mesajı yazaraq evdən çıxmaq olar. Xüsusi karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az