[:az]AXCP fəalına inzibati həbs cəzası verilib[:]

tərəfindən Gozetci

[:az]Xalq Cəbhəsi Partiyasının üzvü Baba Süleymana İnzibatı xətalar məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə)ilə 30 sutka inzibati həbs cəzası verilib.

Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirəmlinin Amerikanın Səsinə verdiyi məlumata görə bu barədə Nəsimi rayon məhkəməsində hakim Cəmilə Musayeva qərar qəbul edib.

*****

Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvünün saxlanıldığı deyilir.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Amerikanın Səsinə bildirib ki, AXCP fəalı Baba Süleyman aprelin 13-də saxlanılıb.

“SMS vasitəsi ilə icazə almasına baxmayaraq, aprelin 13-də axşamdan saxlayıblar. Hələ xəbər ala bilmirik,” o qeyd edib.

Daxili İşlər Nazirliyindən hələlik münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər, bir qayda olaraq, ölkədə insanların dinc siyasi fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmirlər.

Bundan bir neçə gün öncə bir sıra AXCP üzvləri karantin rejimini pozmaqda ittiham edilərək 30 sutka müddətinə inzibati qaydada həbs olunublar.

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır.

Bir sıra bir sıra hüquq müdafiəçiləri, ictimai fəallar , siyəsətçilər hesab edirlər ki, hakimiyyət bundan tənqidi fikirləri boğmaq üçün istifadə edir. Buna səbəb kimi bir neçə müxalifətçi və ictimai fəalın inzibati qaydada həbs edilməsini göstəriblər.

“Mart-aprel aylarında koronavirusla mübarizə kampaniyası çərçivəsində Azərbaycan hakimiyyətinin repressiyaya məruz qoyduğu ictimai-siyasi fəalların sayı 15 nəfərə çatır. Bu cür ağır şəraitdə, iqtidarlı-müxalifətli bütün dövlətlər koronavirusla mübarizəyə səfərbər olunduğu vaxtda Azərbaycanda hakimiyyət pandemiyanı müxalifətə qarşı repressiya alətinə çevirib,” Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Daxili İşlər Nazirliyi bildirir ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az